Abşeron rayonu, "Beynəlxalq qaraj” adlı yerdə inəklərlə birgə yaşamağa məcbur edilən məcburi köçkünlər əlacsız durumdadırlar. Abşeron rayon İcra Hakimiyyəti, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən əllərini üzən məcburi köçkünlər ümidi Allaha bağlayıblar...
Abşeron rayon İcra Hakimiyyətinin insan sağlamlığına olan biganəliyi deputat Fazil Mustafanın da məsələyə münasibət bildirməsinə səbəb olub.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, o, bunun yolverilməz olduğunu deyib:
"İnsanların belə bir şəraitdə yaşamağa məcbur qalmasına heç bir şəkildə bəraət qazandırmaq olmaz. Bu məsələ insanların sağlamlıq hüququ əsas götürülərək həll olunmalıdır. Heç kimin insan yaşayan yerdə, onların səhhətinə problem yarada biləcək şəkildə bu cür təsərrüfat fəaliyyəti ilə məşğul olmağa haqqı yoxdur”.
Fazil Mustafa məsələnin ictimailəşdirilməsinin tərəfdarıdır:
"Mümkün qədər məsələni diqqətə çatdırmaq, ictimailəşdirmək lazımdır ki, lazımi orqanlar ölçü götürsünlər, vətəndaşların pozulan hüquqları bərpa edilsin. Ən azından heyvandarlıqla məşğul olan adamlara başqa bir yerdə torpaq sahəsi ayrıla bilər”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL