“Camaat qışqırdı, sanki raket atdılar” – Zəlzələ bölgəsindən son xəbər
Sentyabrın 3-də axşam saat 20:38-də Azərbaycada zəlzələ baş verib. Yeraltı təkanlar bir neçə rayonda hiss edilib.
Miq.az xəbər verir ki, Kürdəmir rayonunda zəlzələnin gücü 5,2 bal gücündə olub.
Yerli sakinlərin Globalinfo.az -a verdiyi məlumata görə, dağıntı olmasa da, zəlzələ güclü hiss olunub:
"Həyətdə idik. Zəlzələ o qədər güclü hiss olundu ki, elə bil həyətə raket düşdü. Qonşular dərhal həyətə çıxıb "zəlzələ oldu” deyə, qışqırmağa başladılar. Şükür ki, hər şey yaxşıdır. Amma insanlar çox qorxdular”, – deyə Kürdəmir sakinləri bildiriblər.