Cəlilabad rayonunda bir nəfər həlak olub-Avtomobil qəzası

Cəlilabad rayonunda bir nəfər həlak olub-Avtomobil qəzası
Cəlilabad rayonunda baş verən yol-nəqliyyat qəzasında bir nəfər dünyasını dəyişib.

Hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Lənkəran rayon sakini Həsənov Rasim Balabəy oğlu idarə etdiyi "Kamaz" markalı yük maşını ilə Bakı istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Cəlilabad rayon Göytəpə qəsəbəsi sakini Mürsəlov Mehman Tahir oğlunun sükanı arxasında olduğu "Naz Lifan" markalı mink avtomobili ilə toqquşub. Nəticədə minik maşının sürücüsü dünyasını dəyişib.

İlkin ehtimala görə,  qəzaya minik avtomobilinin qəfildən yük avtomobilinin qarşısına çıxması səbəb olub. Faktla bağlı araşdırma aparılır. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az