Cinayətə görə tutulan gənclər - ən çox bu SƏBƏBLƏRDƏNDİR

Cinayətə görə tutulan gənclər - ən çox bu SƏBƏBLƏRDƏNDİR
Gənclik dövrü, xüsusilə, 18-30 yaş aralığı insan həyatında özünü təsdiq, cəmiyyətə inteqrasiya və sosial məsuliyyət hissinin formalaşdığı həssas mərhələlərdən biridir. Bu yaşda gənclər həyat seçimləri ilə şəxsiyyətlərini möhkəmləndirir, lakin eyni zamanda müxtəlif risk faktorları ilə qarşılaşırlar. Ailə nəzarətinin zəifləməsi, sosial-iqtisadi çətinliklər, psixoloji gərginliklər və mənəvi boşluq bəzi hallarda onların deviant davranışlara, hətta cinayət əməllərinə yönəlməsinə səbəb olur. Son illərin statistik göstəriciləri göstərir ki, 18-30 yaş arasında olan gənclər tərəfindən törədilən cinayətlərin sayı diqqətçəkici səviyyədədir və müəyyən cinayət növlərində artım tendensiyası müşahidə olunur. 


Modern.az xəbər verir ki, 18-30 yaşda cinayət törədənlərin ümumi sayı 2023-cü il ərzində 6325 olub.


Cinayət törətmiş 18-24 yaşda olan gənclərin sayı son statistikalara görə, 2 min 506 nəfər təşkil edib. Bu statistika 10 il əvvəl – 2010-cu ildə 3 min 367 idi. Cinayət törədənlərin ümumi sayı statistikalara görə azalsa da, ağır və xüsusilə ağır cinayətlərin sayında artım müşahidə edilir. Belə ki, 2010-cu ildə ağır və xüsusilə ağır cinayətlərin sayı 369 idisə, bu göstərici 2023-ci ildə 373 olub. 


2023-cü ildə 18-24 yaşda olan gənclər tərəfindən törədilən cinayətlərin 524-ü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövrüyyəsi, 405-i oğurluq, 406-ı isə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma ilə bağlı cinayətlərdir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az