Dehli imkan verməyəcək ki, Bakı üzv olsun - Ananyan
BRİKS-də Türkiyəyə tərəfdaş dövlət statusu verildi (22-24 oktyabr tarixində Kazanda keçirilən sammitdə - red.), lakin bu, onun əldə edəcəyi maksimumdur. Türkiyə də, Azərbaycan da heç vaxt BRİKS-də olmayacaq. Hindistan buna icazə verməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri Paşinyan hökumətində Dövlət Gəlirləri Komitəsinə rəhbərlik etmiş (2018-2020) iqtisadçı ekspert David Ananyan deyib.
O bildirib ki, BRİKS-in 4 ölkəsi – Çin, Hindistan, İran və Rusiya antituran ölkələrdir və Ermənistanın "təbii” müttəfiqidirlər.