Dəhşətli qəza: Müğənni Aslan Hüseynov dünyasını dəyişdi

Dəhşətli qəza: Müğənni Aslan Hüseynov dünyasını dəyişdi

Tanınmış müğənni Aslan Hüseynov ağır yol qəzasında ölüb.

Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
"Aslan Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi BMW markalı avtomobillə qarşıda hərəkət edən "Kamaz” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində müəğənni Aslan Hüsyenov vəfat edib”,-deyə açıqlamada bildirilir.

Sosial şəbəkələrdə yayılan məlumata görə, ötən gün mərhum müğənninin anasının 7 mərasimi keçirilib.

55 yaşında dünyasını dəyişən sənətçi evli idi, 2 övladı var.

Qeyd edək ki, Aslan Hüseynov bir vaxtlar Qırğızıstanda yaşayıb. Sonralar Bakı şəhərinə köçüb. Onun vaxtilə ifa etdiyi "İgidlər" mahnısı gənclər arasında çox populyar idi.

Allah rəhmət eləsin...


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az