Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyənin 9-cu prezidenti, mərhum Süleyman Dəmirəlin dəfn mərasimində iştirak edəcək. Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. O, bildirib ki, Oqtay Əsədov bu gün axşam qardaş ölkəyə yola düşür.
Qeyd edək ki, Süleyman Dəmirəlin dəfn mərasimi şənbə günü keçiriləcək. O, doğulduğu İsparta vilayətində torpağa tapşırılacaq.
91 yaşlı Süleyman Dəmirəl iyunun 17-də səhər saatlarında ürək və tənəffüs orqanlarındakı çatışmazlıq səbəbindən dünyasını dəyişib. Onun ölümü ilə əlaqədar Türkiyədə 3 günlük matəm elan olunub.
Modern.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL