Deputat: "İnsanlar çalışmalıdırlar ki, toya uşaqları ilə getməsinlər"

Deputat:

"Artıq son dövrlər kişilərimiz qadın kimi, qadınlarımız kişi kimi oynamağa başlayıb."

Artıq bir çox toy dəvətnamələrində yeni bir tendensiya görünür: cütlüklər qonaqlardan məclisə uşaqlarla gəlməməyi xahiş edirlər. Səbəb kimi isə balacaların məclisdə əl-ayağa dolaşa bilməsi göstərilir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Ölkə.az-a məsələ ilə bağlı fikirlərini bölüşüb.
Deputat hesab edir ki, bizi narahat edən bu məsələ olmalı deyil:
"Bizi narahat edən o olmalıdır ki, artıq Azərbaycanda toy ənənəsi dəyişir. Toylarda musiqinin səsindən, bayağı musiqilərdən oturmaq olmur. Artıq son dövrlər kişilərimiz qadın kimi, qadınlarımız kişi kimi oynamağa başlayıb. Toylarda israfçılıq daha çoxdur. Mən düşünürəm ki, biz bu məsələlərin üzərində durmalıyıq.
Qaldı ki, uşaqların toya gətirilib-gətirilməməsinə, toyda hər şəxsə pul ödənilir, yəni adambaşı hesablama aparılır. Son vaxtlar da şadlıq evlərinin qiymətlərində çox ciddi bir artımlar var və ona görə də belə bir istəyin olması təbiidir”.
"Birinci, insanlar özləri çalışmalıdırlar ki, toya uşaqları ilə getməsinlər. Xüsusilə də çox az yaşlı uşaqla. Yəni bunu insanlar özləri anlamalıdır. İkinci isə əgər bunu insan anlamırsa, toy sahibi məcburdur ki, bunu toya gələn qonağa bildirsin. Çünki siz toya dörd-beş nəfər gedəndə, uşaqlar da oturanda, təbii ki, hər kəsin imkanı olmur toya bu qədər pul yazdırmağa. Ona görə burada mən hesab edirəm toy sahiblərini başa düşmək lazımdır. Kənd toyları bir az fərqlidir, amma şəhər toylarında bu mütləq nəzərə alınmalıdır”, - deyə C.Məmmədov sonda qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az