Xəbər verildiyi kimi, bu gün Bakıda üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi keçirilir.
Vətəninfo.az Trend-ə istinadən bildirir ki, Forumun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edirlər.
Dövlət başçısı çıxışı zamanı müasir dövrdə təhsilin əhəmiyyətini vurğulayıb.
İlham Əliyev qeyd edib ki, Azərbaycan təhsilə böyük önəm verir. Ölkə başçısı Azərbaycanda gənc nəslin təhsil almaq istəyi ilə bağlı məmnunluğunu ifadə edib.
Prezidentin sözlərinə görə, təhsil terrorizm, ekstremizm və fundamentalizmə qarşı ən böyük zəmanətdir. O həmçinin bildirib ki, Azərbaycanın gənc nəsli çox vətənpərvərdir.
Dünyadakı neqativ tendensiyalara toxunan Azərbaycan Prezidenti neofaşist hərəkatının təhlükəli tendensiyalarını qeyd edib.
Prezident bildirib ki, beynəlxalq təşkilat liderləri bu məsələyə ciddi yanaşmalıdırlar.
Ölkə başçısı Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolundan da danışıb. O bildirib ki, ölkəmiz bu məsələsə Avropa üçün mühüm rola malikdir.
Prezident qeyd edib ki, Azərbaycan regional səviyyədə çox müsbət rol oynayır: "Təşəbbüslərimiz regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib və enerji təhlükəsizliyi ilə əlaqəlidir”.
Prezident bildirib ki, Azərbaycanın təşəbbüskarı olduğu layihələr region sərhədlərini aşır: “Bu ölkələri və qitələri birləşdirən layihələrdir”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR