Dövlət çevrilişi planı: AZTV və Milli Məclis hədəfdə imiş

Dövlət çevrilişi planı: AZTV və Milli Məclis hədəfdə imiş
 
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan istintaq çərçivəsində Ramiz Mehdiyevlə bağlı cinayət işi üzrə yeni sensasion faktlar üzə çıxıb.

Miq.az Bakupost.az-a istinadən xəbər verir ki, ittiham materiallarına əsasən, 2020-ci ilin iyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən vətənpərvərlik yürüşündən təxribat məqsədilə istifadə olunması planlaşdırılıb.

İstintaqın versiyasına görə, əvvəlcədən verilmiş tapşırıqlar əsasında kiçik qruplar yaradılaraq yürüş iştirakçılarına qoşulmaq, daha sonra şüarları dəyişməklə xaotik vəziyyət formalaşdırmaq nəzərdə tutulub. Məqsəd isə yaranacaq qarışıqlıqdan istifadə edərək Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Televiziya və Radio Verilişləri QSCnin inzibati binalarını ələ keçirmək olub.

Materiallarda göstərilir ki, planın növbəti mərhələsində dövlət televiziyası üzərindən hakimiyyətin ələ keçirildiyi barədə bəyanat verilməsi də nəzərdə tutulurmuş.

İttihama əsasən, bu göstərişlər AXCP sədri Əli Kərimli tərəfindən Fuad Qəhrəmanlı və digər şəxslərə çatdırılıb.

Dövlət Təhlükəsizliyi Xidməti bildirir ki, sözügedən epizodlar dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə yönəlmiş ümumi planın tərkib hissəsidir və cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az