Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə aprelin 22-dən 25-dək Gürcüstanda qastrol səfərində olacaqdır. “Vətəninfo”ya teatrdan verilən məlumatda deyilir ki, kollektiv A.S.Qriboyedov adına Tbilisi Rus Dram Teatrının səhnəsində dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası ilə çıxış edəcəkdir.Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Aleksandr Şarovski, kostyum üzrə rəssam, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova, dekorasiya rəssamı Əməkdar Rəssam Tahir Tahirov, quruluşçu rəssamı isə Nikita Sazonovdur (Sankt-Peterburq). Əsas rolları xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, əməkdar artistlər Nataliya Şarovskaya, Fuad Osmanov, Mələk Abbaszadə və başqaları ifa edəcəklər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR