“Eltonun toyu heç vaxt olmayacaq...”
Müğənni Elton Hüseynəliyevin sentyabrda toyu olacağı haqda yayılan xəbərlərə aydınlıq gətirilib.
Vətəninfo.az-ın Moderator.az-a istinadla məlumatına görə, müğənninin prodüseri Tolik "Onlar” verilişinə açıqlamasında yayılan xəbərlərin yalan olduğunu bildirib:
"Eltonun
prodüseri kimi deyə bilərəm ki, bu xəbərlər əsassızdır, toy olmayacaq.
Özü də ailəsindən ayrıldığını açıqlayıb. Bu onların şəxsi işidir. Heç
vaxt toy olmayacaq. Eltonun qızları məktəbə gedir, belə xəbərlər yayıb
camaatın ürəyinə xal salmayın”.
Qeyd edək ki, Hüseynəliyev prodüser Toma ilə evli olub. Boşanan cütlüyün iki qızı var.