Qubada əmisi oğlunun arvadını qaçıran şəxsin döyüldüyü əks olunan görüntülər yalan çıxıb.
ATV-də yayımlanan "Bizimləsən" verilişində bəzi məqamlar məlum olub. Efirə qoşulan şəxs öldürülən Elşad Əsədovun qardaşı olduğunu söyləyib. O bildirib ki, yayılan videodakı şəxs qardaşı deyil.
Sözügedən kadrlar bir neçə il əvvəl baş verən hadisənin görüntüləri olub.
Qeyd edək ki, oktyabrın 19-da rayon sakini olan 25 yaşlı qadının itkin düşməsi barədə məlumat daxil olub. Araşdırmalarla qadının həmin gün ərinin qohumu tərəfindən öz razılığı ilə qaçırıldığı müəyyən edilib
Oktyabrın 22-də həmin şəxs bu əməli törətdiyinə görə qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülmüş və o, aldığı xəsarət nəticəsində hadisə yerində ölüb. Bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, qaçırılan qadın Aynur Əsədovadır, onu qaçıran sonradan döyülərək öldürülən şəxs isə Elşad Əsədovdur.
//bakuws
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?