Ermənilər aclıqla üz-üzə

Ermənilər aclıqla üz-üzə
Ermənistanda kənd təsərrüfatı məhsullarının illik istehsalı 25 faiz azalıb. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, azalma bütün sahələrdə qeydə alınıb. 

Ən çox da bitkiçilikdə -  6,7%. Maraqlıdır ki, məhsul azalsa da, bu sahəyə qoyulan sərmayənin həcmi bu il artırırlıb. Ancaq yanvar-iyun aylarındakı pul qoyuluşu 50 milyon dollara çatıb. Görünür, pulların nəzərdə tutulan sahə üzrə istifadəsi heç də gözlənilən kimi baş tutmayıb. 
Ən çox azalma isə buğda- taxıl məhsulları sahəsində qeydə alınıb - 53,2%. Kartofçuluqda isə bu düşüş ötən ilkindən daha çoxdur. Bu il yığılan kartofun həcmi düz 23,7 faiz azdır. Erməni rəsmilər azalmaya anomal istilərin təsir etdiyini iddia edirlər. 
İndi onların bütün ümidi üzüm yığımı mövsümünə qalıb. Lakin bu sfera da ürəkaçıcı heç nə vəd etmir. Üzüm tinglərinə düşən həşaratlar məhsulun bir qismini zay edib.
Məhsuldarlığın hər sahədə azlmasına baxmayaraq hökumət rəmiləri hələ də problemi görə bilmirlər. Məmurlar fermer təsərrüfatına dəyən ziyanın məbləğinin elə də çox olmadığı qənaətindədirlər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az