Ermənilərin ən məşhur lotusunu həbxana rəisi “sındırır”

Ermənilərin ən məşhur lotusunu həbxana rəisi “sındırır”

Rusiyadakı lotulardan heç kim Suxobezvodnoe adlanan həbsxanaya düşmək istəmir.


Buradakı qaydalar başqa həbsxanalardan tamam fərqlidir. Yəni oğru qanunları burada işləmir.

Həbsxana rəisi  Aleksandr Kolqanov  ən qatı cinayətkarları belə  ram etməyə qadir olan prinsipial zabit sayılır.

Bugünlərdə həbsxana məşhur erməni qanuni oğru Sergey Asatryan etap olunub. Kriminal aləmdə "Seyoja Bentli”  ləqəbi ilə tanınan qanuni oğru 9 il həbs cəzası alıb.

Həbsxanaya gəlməsi ilə qanı qaralıb. Əksər  həbsxanalarda qanuni oğruların yaşayışı adi məhbusun həyatından büsbütün fərqlənir.  Lotunun əynində bahalı geyim olur, onun yaşadığı otaq da ayrıca olur .

Və içində internet, televizor, xalça və sair şeylər lotunun komfort həyatını təmin edir. Soyuducunun boş qalmaması da məhbusların üzərindədir. "Vor zakon”ların  əllərində ən bahalı smartfonları kimsə almağa cürət etmir.

Sergey Asatryan

Suxobezvodnoedə isə əksinə… Asatryanın əynindəki  qırmızı idman formasını çıxarıb adi məhbus geyimi veriblər və ümumi barakda  çarpayı ayırıblar.  Kolqanov deyib ki, hamı kimi o da işləməyə çıxacaq, yoxsa  cərimə  karsı və başqa cəzalar mütləqdir.

Suxobezvodnoe (сухобезводное зона)

Suxobezvodnoe (сухобезводное зона)

Asatryanın həbsxanada  iğtişaş qaldırmaq istəyi də alınmayıb. Məhbuslar bilir ki, onlarla danışıqlara gedən olmayacaq. Kolqanov xüsusi təyinatlıları çağırsa hamını dubinkalayacaqlar.

Erməni lotu məcbur olaraq azadlıqdakı əlaqələrin işə salıb, prokurorluğa və diğər instansiyalara şikayət yazıb.
Hazırda həbsxanada təftiş gedir. Kolqanovu inzabati yolla yumşaltmağa nail olacaqmı-bunu zaman göstərəcək.

//Sfera.az

 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az