Vaan Martirosyan sentyabrın 9-dan ölkəsində axtarışa verilib
Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan sentyabrın 9-dan ölkəsində axtarışa verilib.
Vətəninfo.az xəbər verir ki, APA-nın "Aysor.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın İstintaq Komitəsindən bildiriblər.
Qeyd olunub ki, V. Martirosyan iri məbləğdə pul oğurlamaqda ittiham edilir. Konkret olaraq bildirilir ki, V. Martirosyan həyat yoldaşı və qızı ilə bir neçə gün ərzində dostunun evində yaşayıb və oradan 4 min dollar oğurlayıb.
Ermənistanın İstintaq Komitəsindən həmçinin bildiriblər ki, V. Martirosyan Ermənistan parlamentinin deputat Mger Sedrakyanın işçiləri tərəfindən döyülməsi faktı ilə bağlı dindirilməyib. Çünki zərərçəkən şəxs işi araşdıran quruma gəlməyib.
Qeyd edək ki, Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL