"Ermənistandakı vəziyyət bizi narahat edir" - Lavrov
"Ermənistandakı qeyri-sabit vəziyyətin davam etməsi bizi narahat edir. 10 il əvvəlki hadisələr araşdırılır, siz faktlar və həmin həbslər barədə bilirsiniz".
Miq.az azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistanda baş verən hadisələr ölkənin daxili işidir: "Lakin biz çox istəyirik ki, bütün bu daxili işlər qanunun möhkəm zəmininə dayansın".
Nazir bildirib ki, yaxın zamanlarda Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə növbəti görüşü planlaşdırılır: "Düşünürəm ki, Ermənistanın yeni liderinin öz ölkəsində vəziyyətin inkişaf perspektivləri barədə nə düşündüyünü eşitmək bizim üçün vacibdir".
Miq.az