Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının mərhum sədri Əşrəf Mehdiyevin ailəsinə ağır itki üz verib. Əşrəf Mehdiyevin həyat yoldaşı Elmira Mehdiyeva vəfat edib.
Mərhum Elmira Mehdiyeva 1940-cı ildə Cəbrayıl rayonunda tanınmış ailədə doğulub. Onun atası İsrafil Mehdiyev vaxtilə Cəbrayıl rayon Partiya Komitəsinin katibi vəzifəsində işləyib, 1941-ci ildə isə zabit kimi könüllü olaraq Böyük Vətən Müharibəsinə yollanıb və həlak olub.
Elmira Mehdiyeva 1 yaşından yetimliklə böyüyüb, ali təhsil alıb, Cəbrayıldakı M.Qorki adına orta məltəbdə alman dili müəlliməsi işləyib.
Elmira xanımın dərs dediyi şagirdlərdən bir neçəsi sonradan Azərbaycan miqyasında tanınıb. O, Azərbaycanın sabiq baş prokuroru Murad Babayevə, tanınmış hüquqşünas Adil Minbaşıyevə, Mərkəzi Bankın sədri Elman Rüstəmova, xalq artisti Şükür Əhmədova, 20-dən çox Qarabağ şəhidinə dərs deyib.
Həcc ziyarətində olmuş Elmira Mehdiyeva çevrəsində inanclı insan kimi tanınmışdı. Baş müəllim adı almış mərhum orta məktəblərin linqafonlaşması haqqında 2 kitabın da müəllifidir.
Allah rəhmət eləsin.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR