Facebook jurnalistlərin işini asanlaşdıran sistem hazırlayıb

Facebook jurnalistlərin işini asanlaşdıran sistem hazırlayıb
Facebook kompaniyası jurnalistlər və KİV əməkdaşları üçün informasiya-axtarışı sistemi hazırlayıb.
"Signal" adlanan yeni layihə xəbərləri, həmçinin Facebook və Instagram şəbəkələrində yer alan populyar mövzuları izləməyə imkan verəcək.
Facebook şirkətinin xəbərlər və qlobal media bölməsinin başçısı Endi Mitçelin sözlərinə görə, burada söhbət sosial şəbəkələrdən alınan informasiyadan gedir. "Bizim şəbəkənin miqyasını və orada olan informasiyanın dəyərini nəzərə alaraq, jurnalistlərin bu cür materiallara girişini asanlaşdırmağı qarşımıza məqsəd qoymuşuq" – deyə E.Mitçel vurğulayıb.
Facebook dünyanın 1,5 milyard istifadəçisi olan ən iri sosial şəbəkəsidir. "Signal" layihəsinin köməyi ilə jurnalistlər real zaman rejimində Facebook və Instagram şəbəkələrində dərc edilmiş şərhləri, foto şəkilləri və video görüntüləri asanlıqla əldə edə biləcəklər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az