"Fitch" Azərbaycanın bank sektoru ilə bağlı xəbərdarlıq etdi

2018-ci ildə Azərbaycanda iqtisadi artım sürətlənəcək.

Miq.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı "Fitch - 2018 Proqnoz: MDB ölkələri və Gürcüstan bankları" adlı hesabatında deyilir.
Buna baxmayaraq, "Fitch" qeyd edir ki, bank sektorunun aktivlərinin keyfiyyətinə olan təzyiqlərin davam etməsi fonunda sektor üzrə proqnoz neqativ olaraq qalır: "2017-ci ildə Azərbaycan hökuməti "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansından toksik aktivlərin çıxarılması ilə bağlı mühüm qərar verib. Lakin digər borcverənlər də restrukturizasiya olunmuş və xarici valyutada olan böyük portfelləri ilə bağlı tədbir görməlidirlər".

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az