Qazaxıstanın “Akjayık” (Uralsk) futbol klubunun keçmiş oyunçusu Aybek Qubaydullin İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının sıralarına qoşulmaqda şübhəli bilindiyi üçün axtarılır. Vətəninfo.az-ın məlumatına görə, Modern.az xarici KİV-ə istinadən bildirir ki, 2015-ci il yanvarın 12-də Aybek Qubaydullin barəsində beynəlxalq axtarış elan edilib. O, Suriyada hökumət qüvvələrinə qarşı olan birləşmələrin tərkibində döyüşməkdə şübhəli bilinir. Qazaxıstan hüquq-mühafizə orqanlarından verilən məlumata görə, o, hələ də Suriya ərazisindədir.
Qubaydullin “Akjayık”da oynayanda komandanın kapitanı olub, ancaq sonradan futbolla vidalaşıb. 2010-cu il sentyabrın 30-da “Akjayık”ın öz meydanında “Jetısu” klubuna məğlubiyyətindən sonra kafedə dostları ilə istirahət edəndə davanın iştirakçısı olub. Dava zamanı futbolçu bir neçə yerindən ciddi xəsarət alıb. Həkimlər həyatını xilas ediblər, Aybek komandada bir müddət oynayıb, 2011-ci ildən sonra isə professional karyerasını başa çatdırıb.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, İŞİD-in sıralarında ən azı 300 qazaxıstanlı döyüşür.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR