Gültəkin Hacıbəyli deportasiya edildi

Gültəkin Hacıbəyli deportasiya edildi
Milli Məclisin sabiq deputatı, müxalif Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib. 

Miq.az xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Fransada yaşayan Fuad Qəhrəmanlı Facebook səhifəsində yazıb. 

Onun iddiasına görə, G.Hacıbəyli Azərbaycana gətirildikdən sonra həbs edilməyib, azadlıqdadır.

Xatırladaq ki, G.Hacıbəyli 2025-ci il noyabrın 30-da Türkiyədə saxlanılıb. Siyasətçi Arnavutköy deportasiya mərkəzinə aparılmışdı. 

Mediada o və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə məlumatlar yer alıb.

Qeyd edək ki, "Ramiz Mehdiyev işi" çərçivəsində AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az