"Narahat olan dostlar və media nümayəndələri müraciət edib Gültəkin xanımla əlaqə saxlamaq istəyirlər. Deport olunarkən telefonu Türkiyədə təhsil alan oğlunda qalıb, ona görə də bir müddət telefon əlaqəsi mümkün olmayacaq”.
"Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, hazırda Fransada yaşayan Fuad Qəhrəmanlı bildirib.
Onun sözlərinə görə, sabiq deputat Gültəkin Hacıbəyli Bakıya gələrkən Heydər Əliyev Beynəlxalq Hava Limanında miqrasiya xidməti əməkdaşları tərəfindən qarşılanıb və sonrra da sərbəst şəkildə evinə gedib.
"Əsas odur ki, yaxşıdır və evdədir. Əlavə bir gəlişmə olsa məlumat veriləcək”, - F. Qəhrəmanlı vurğulayıb.
Xatırladaq ki, G.Hacıbəyli 2025-ci il noyabrın 30-da Türkiyədə saxlanılıb. Siyasətçi Arnavutköy deportasiya mərkəzinə aparılmışdı. Keçmiş deputat fevralın 12-də Azərbaycana deportasiya olunub.
Onun adının Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə iddialar vardı. Lakin Dövlət Təhlükəsizliyi Xidmətinin fevralın 12-də Ramiz Mehdiyev, Baş nazirin sabiq birinci müavini Abbas Abbasov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və digərləri barədə yaydığı məlumata əksini tapmayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR