Maşını cərimə meydançasına aparılan sürücü özünü yandırdı - GƏNCƏDƏ

Maşını cərimə meydançasına aparılan sürücü özünü yandırdı - GƏNCƏDƏ

Nəzər Məmmədəliyev avtomobilinin yanına buraxılmadığına görə özünü yandırıb

Göygöl rayon sakini Gəncədə özünü yandırıb. Miq.az APA-ya istinadən bildirir ki, hadisə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yaxınlığında qeydə alınıb. Göygöl rayon Quşqara kənd sakini, 1970-ci il təvəllüdlü Nəzər Məmmədəliyev üzərinə benzin tökərək özünü yandırıb.
 
O dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. 2-3-cü dərəcəli termiki yanıq diaqnozu qoyulan N.Məmmədəliyevin vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, N.Məmmədəliyevin avtomobilini yol polisi əməkdaşları cərimə meydançasına aparıblar. O avtomobilinin yanına buraxılmadığına görə etiraz əlaməti olaraq özünü yandırıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az