Hakan Fidan Abbas Əraqçi ilə danışdı: “Riskli hərəkətlərdən çəkinin”

Hakan Fidan Abbas Əraqçi ilə danışdı: “Riskli hərəkətlərdən çəkinin”

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Yeni Sabah” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıq zamanı Hakan Fidan, İrandan atılan və Türkiyə hava məkanına doğru hərəkət etdiyi müəyyənləşdirilən balistik raketin  neytrallaşdırılmasına dair Türkiyənin mövqeyini çatdırıb.

H.Fidan hər hansı bir addımın münaqişənin yayılmasına səbəb ola biləcəyini qeyd edərək, belə riskli hərəkətlərdən çəkinilməsinin vacib olduğunu vurğulayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az