Pakistanda fəaliyyət göstərən “Taliban” qruplaşması içərisində diplomatların olduğu helikopterin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürüb.
Vətəninfo.az APA-ya istinadla məlumat verir ki, taliblər bəyan ediblər ki, helikopterdə Pakistan baş naziri Navaz Şərifin olduğunu düşünüblər.
“Helikopter zenit raketi ilə vurulub. Nəticədə pilotlar və xarici ölkələrin səfirləri ölüb”, - deyə “Taliban”ın bəyanatında vurğulanıb.
Xatırladaq ki, bu gün Pakistanda göyərtəsində xarici ölkə nümayəndələrinin olduğu Mi-17 helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri ölüb. “Dawn” qəzeti hadisə zamanı Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşlarının öldüyü barədə xəbər yayıb. Ümumiyyətlə iki pilot daxil olmaqla, 6 nəfər ölüb. Polşa və Niderland səfirləri isə yaralanıb.
Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov isə tam təsadüf nəticəsində həmin qəzanın qurbanı olmayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR