Həştərxanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilib
Rusiya Federasiyasının Həştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Tədbirlərdə Həştərxan vilayətinin və şəhərin rəhbərliyi, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, burada fəaliyyət göstərən Azərbaycan və digər ölkələrin diasporlarının nümayəndələri, ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr və yerli ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.

İlk növbədə iştirakçılar Həştərxan şəhərində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət etmiş, abidənin önünə tər gül dəstələri qoyulmuş, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad etmişlər.
Daha sonra Heydər Əliyev adına 11 saylı orta məktəbdə keçirilən mərasimdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında Ulu öndərin əvəzsiz rolundan danışılıb. Qeyd olunub ki, Həştərxanda keçirilən tədbirlər ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın sübutudur.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR