"Heyif ki, bu niyyətim baş tutmadı”

Toya hazırlaşan meyxanaçı Namiq Qaraçuxurlu təəssüratlarını bölüşüb.

Sənətçi oktyabrda nikah masasına oturacağını bildirib:
"Şəxsi məsələləri açıb-ağartmağı sevmirəm. Ailə mövzusunu gündəmə gətirməyə qarşıyam. Çünki danışıldıqca, söz-söhbət yaranır. Mediada yaxın dostlarım var ki, onlarla söhbət zamanı nəsə bölüşürəm. Çünki insan şad günündə xoş hisslər keçirir, onu başqaları ilə bölüşmək istəyir. Tam özümə qapana bilmirəm. Bu yaxınlarda telekanallardan birinə açıqlama verdim ki, qonaqların telefonu qapıda alınacaq. Bu zarafat idi. Belə hərəkət biabırçılıq olar. Bir gündə iki toy edəcəm. Birində yalnız xanımlar olacaq. İkinci isə kişi məclisidir. Bütün dostlarım, tanışlarım kişi məclisinə dəvətlidir. Burada çəkiliş aparmaq problem deyil. Sadəcə, bəzi dövlət işçiləri var ki, mediada görünmək istəmirlər. Qonaqlar öz fotolarını istədikləri kimi çəkə bilərlər. Bir ara planlaşdırırdım ki, gizlin toy edim, sonra xəbəri yayılar. Heyif ki, bu niyyətim baş tutmadı”.
Axşam.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az