İcra başçısının köməkçisi qəzada öldü – Goranboyda

İcra başçısının köməkçisi qəzada öldü – Goranboyda

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

"NİVA” və "VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində "Niva”nın sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin və "VAZ21011” də olan bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüblər. İlkin məlumata görə, dünyasını dəyişən "Niva”nın sürücüsü Goranboy rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Əliyevdir.

Faktla bağlı araşdırma aparılır.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az