Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın Müstəqillik günü münasibətilə Ukrayna prezidenti Pyotr Poroşenkoya təbrik məktubu göndərib.
Azərbaycanın Ukraynadakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, məktubda deyilir:
"Ukraynanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq dövlətlərarası münasibətlərimiz bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və rifah diləyirəm”.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL