Oktyabr
ayının 12-də İmişli rayonununda İcra Hakimiyyəti rəhbərliyinin, millət
vəkillərinin, "Azərsun Holdinq” rəhbərliyinin və sakinlərin iştirak
etdiyi Şəkər Bayramı qeyd edilib
İlk
olaraq, İmişli rayonu İcra hakimiyyətinin rəhbəri cənab Vilyam Hacıyev,
"Azərsun Holdinq”in baş direktoru Savaş Uzan, millət vəkili Çingiz
Qənizadə və digər qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə
əklil qoyaraq, xatirəsini ehtiramla yad ediblər. İmişli sakinləri
qarşısında çıxış edən İmişli rayonu İcra hakimiyyətinin başçısı cənab
Vilyam Hacıyev, İmişli Şəkər Zavodunun bu rayonun həyatında oynadığı
müstəsna roldan danışıb.
Onun sözlərinə görə, 2006-cı ildən fəaliyyət
göstərən müəssisənin hesabına 3 mindən artıq İmişli sakini işlə təmin
edilib, bu qədər də insan zavoda şəkər çuğunduru təhvil verərək gəlir
əldə edir. Bundan əlavə, məhz "Azərsun Holdinq”ə məxsus bu şəkər
zavodunun sayəsində İmişli rayonu özünü maliyyələşdirən rayona
çevirilib.
Rayonun maliyyəsinin 45 faizini məhz bu zavodun ödədiyi vergi
hesabına təmin edilir. İcra hakimi həmçinin son zamanlar ölkəmizdə
qeyri-neft sektorunun çox sürətlə inkişaf etdiyini söyləyib və İmişlidə
son illərdə aparılmış abadlıq işləri barədə məlumat verib. Daha sonra
İmişli sakinləri qarşısına çıxan "Azərsun Holdinq” şirkətlər qrupunun
baş direktoru Savaş Uzan hər kəsi salamlayaraq bayram münasibətilə
təbrik edib. O, bu zavodun tikintisinə 2003-cü ildə məhz ümumilli lider
Heydər Əliyevin xeyir-duası və məsləhətləri ilə başlanıldığını və
2006-cı ildə cənab prezident İlham Əliyev tərəfindən açıldığını
bildirib. Savaş Uzan həmçinin bu müəssisənin MDB məkanınmda ən böyük
olduğunu söyləyib və üzərində "Made in Azerbaijan” daşıyaraq digər
ölkələrdə də Azərbaycanı layiqincə təmsil etdiyini söyləyib. Sonra isə
Bayramın bədii hissəsi başladı və incəsənət xadimləri İmişli sakinləri
qarşısında çıxış edərək tədbirə daha da rəng qatdılar.