"İndiki halda müxalifətdən nəsə gözləmək olmaz" - Zərdüşt Əlizadə

"Oliqarxlar, məmurlar ürəklərini buz kimi saxlasınlar..." - Zərdüşt Əlizadə

"Hazırda elə bir qüvvə və təşkilat yoxdur ki, baş verən etirazları siyasiləşdirsin"

Bu sözləri politoloq Zərdüşt Əlizadə regionlarda baş verən etiraz aksiyalarına münasibət bildirərkən deyib.

Zərdüşt Əlizadənin sözlərinə görə, bu rəiyyətin diz üstə etirazıdır: "Hazırda elə bir qüvvə və təşkilat yoxdur ki, baş verən etirazları siyasiləşdirsin. Buna görə də oliqarxlar, məmurlar ürəklərini buz kimi saxlasınlar. Çünki hadisələrin onlara heç bir təsiri yoxdu. İndiki halda müxalifətdən nəsə gözləmək olmaz. 

Müxalifət çox zəifdi. Vətəndaş cəmiyyəti isə zaman-zaman çıxış yolları göstərib, lakin hakimiyətdən bunu dinləyən olmayıb."

Politoloqun fikirincə, baş verən etirazlar Bakıya çata bilməz: "Çünki Azərbaycan höküməti qurub yaratdığı ordunu məhz bu hadisələrin qarşısını almaq üçündür. Təbbi ki, xalq qiyamları nə orta əsrlər dövrü, nə də yaxın keçmişdə müsbət nəticələr verməyib. Xatırladım ki, xalq cəbhəsinin üsyanlarından sonra 20 yanvar hadisələri və mürtəce qurluşun bərpası oldu. 

İndiki halda hakimiyyət nümayəndələrinin sözünə də inanmaq olmaz. Çünki hamısı yalan danışır.

İndiki oliqarxlar hakimiyəti devirsə belə, onların heç biri xalq üçün vətən üçün, bir şey etməzlər. Nə etsələr özləri və hakimiyyətdə qalmaq üçün edəcəklər."
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az