iPhone6 200 manat bahalaşdı
Azərbaycanda Apple şirkətinin məhsullarının qiyməti kəskin artıb.
Bu brendin Azərbaycandakı rəsmi distribüteri bir müddət əvvəl gətirdiyi malları artıq yeni qiymətlə satışa çıxarıb.
Vətəninfo.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Sputnik-ə Alma Store-dən bildiriblər.
Məlumata görə, əvvəllər 900 manata satılan iPhone 6 (16 GB) hazırda 1198 manata satılır.
"Qiymətlərin
bahalaşması Azərbaycana gətirilən Apple məhsullarının pərakəndə
qiymətlərinin artması – xərclər 30%-dən çox yüksəlib – həmçinin
Azərbaycanda gömrük rüsumları şərtləri ilə əlaqədardır. Bu, təkcə Apple
məhsullarına aid deyil. Tezliklə Azərbaycana gətirilən bütün elektron
mallar, həmçinin texnika kəskin bahalaşacaq”, - deyə, agentliyin
həmsöhbəti bildirib.
Onun sözlərinə görə,
xaricdən mal almaq istəyən istehlakçı həmin məhsulun ümumi dəyərinin
36%-i ölçüsündə gömrük rüsumu ödəməlidir.
Paytaxtın
digər mağazalarında iPhone 6 smartfonunun satışda olmadığını
bildirsələr də, tezliklə məhsulun gətiriləcəyi və yeni qiymətlə satışa
çıxarılacağını da vurğulayıblar.
Köhnə partiyadan olan iPhone 6 smartfonları mağazalarda əvvəlki qiymətlərlə satılır.