İran Benyamin Netanyahunun ofisini bombalayıb
İran İsrailin Baş naziri Benyamin Netanyahunun ofisini bombalayıb.
"Yeni Sabah” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Baş nazirin ofisi və İsrail Hərbi Hava Qüvvələrinin komandanlıq mərkəzi "Xeybər” raketləri ilə vurulub.
SEPAH rəsmisi deyib ki, İran İsrailə qarşı yeni raket dalğası həyata keçirib və bu uğurlu alınıb. O, hücumların nəticələri barədə əlavə məlumatların daha sonra açıqlanacağını söyləyib.