"İyirmidən çox ölkə İrandan pilotsuz təyyarə almaq istəyir" - General Seyid Yəhya Səfəvi
22 ölkə İrandan pilotsuz təyyarə almaq üçün müraciət edib.
APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Ali Rəhbərinin baş müşaviri və köməkçisi, general Seyid Yəhya Səfəvi deyib.
O bildirib ki, gələcəkdə mümkün müharibələr üçün inteqrasiya olunmuş, təhlükəsiz komanda və idarəetmə şəbəkəsinə sahib olmaq lazımdır.
Seyid Yəhya Səfəvi vurğulayıb ki, gələcəkdə baş verə biləcək müharibələrin səhnəsi hər an dəyişir.