Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Adolf Adanın klassik balet sənətinin ən gözəl nümunələrindən biri olan "Jizel” baleti nümayiş olunub.
Vətəninfo.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, uzun illərdən bəri teatrın repertuarında olan bu tamaşanın özəlliyi hər dəfə baş rollarda adlı-sanlı balet ulduzlarının çıxış etməsidir. Bu dəfəki tamaşada Jizel partiyasını Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, balet artistlərinin beynəlxalq müsabiqələr laureatı Olqa Qolitsa, qraf Albert partiyasını isə çexiyalı balet ustası Van Yan ifa edib. Qastrolçularla yanaşı, tamaşada Dövlət Opera və Balet Teatrının balet truppasının solistləri Elmira Süleymanova, Anar Mikayılov, Faiq Qubatov, Larisa Semyonova, Angelina Podolskaya və başqaları da rol alıblar.
Xalq Artisti, professor Cavanşi Cəfərovun idarə etdiyi balet tamaşasında yerli baletsevərlərlə yanaşı, xarici qonaqlar da iştirak edib.
Dünyanın ən möhtəşəm opera və balet teatrlarının səhnələrini bəzəyən "Jizel” baletinin Azərbaycan səhnəsində uğurlu nümayişi, həm də milli balet truppamızın yüksək professionallığından xəbər verir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL