“Karantini ləğv edin, biz azad yaşamaq istəyirik!”- Çini etiraz dalğası bürüyüb

“Karantini ləğv edin, biz azad yaşamaq istəyirik!”- Çini etiraz dalğası bürüyüb

Çinin paytaxtı Pekində və bir çox başqa şəhərlərdə ölkə hakimiyyətinin koronavirusla mübarizə üçün tətbiq etdiyi sərt məhdudlaşdırıcı tədbirlərə qarşı kütləvi etirazlar keçirilir.

Azpost.info xəbər verir ki, insanlar "Karantini ləğv edin!”, "Biz PCR testlərini istəmirik, azad yaşamaq istəyirik!” şüarlarını səsləndiriblər.

Etirazların keçirildiyi ərazilərə polis cəlb olunub, saxlanılanların dəqiq sayı məlum deyil.

"Çinin digər şəhərlərində də etiraz yürüşləri keçirilib. Universitetlərdə də narazılıq artır, sosial şəbəkələr senzura tərəfindən sürətlə silinən videolarla dolub-daşır”, – DPA yazır.

Agentlik bildirir ki, bunlar son aylar Çində keçirilən ən böyük etiraz aksiyalarıdır.

Çin hakimiyyəti koronavirusa qarşı sərt siyasət yürüdür. Şəhərlərdə bütün məhəllələr bağlanır, yoluxmuş insanlarla təmasda olan insanlar məcburi karantinə alınır, yoluxmuşlar xəstəxanalarda təcrid olunur, ölkənin sərhədləri bağlı qalır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az