Lavrovdan ŞOK XƏBƏRDARLIQ: “Vuracağıq!“

 Lavrovdan ŞOK XƏBƏRDARLIQ: “Vuracağıq!“

Putinin verdiyi qərarlarla Ukraynadakı müharibə yeni mərhələyə qədəm qoydu, Moskvadan növbəti xəbərdarlıq gəldi.

Dünyanın gözü və qulağı fevralın 24-dən Ukraynadan gələn xəbərlərdədir. Rusiyanın qismən səfərbərlik qərarı regionda gərginliyin tezliklə azalmayacağından xəbər verir.

Musavat.com Britaniyanın "Daily Mail"ə istinadən xəbər verir ki, rəsmi Moskvadan yeni açıqlama gəlib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın hansı şərtlər altında nüvə silahından istifadə edəcəyini dünyaya bəyan edib.

Lavrov bildirib ki, Rusiya "referendum"un nəticələri açıqlandıqdan sonra ilhaq etdiyi Ukrayna ərazisini müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazırdır.

Qeyd edək ki, oxşar xəbərdarlıq Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevdən də gəlib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az