Dünən gecə saatlarında Türkiyədə 60 yaşlı qanuni oğru, kriminal mühitdə Giya Kutaiski ləqəbi ilə tanınan Qayoz Zviadadze öldürülüb, yanında olan 27 yaşlı övladı isə ayağından yaralanıb.
Miq.az yenicag.az-a istinadən xəbər verir ki, hadisə Antalyanın Kəmər rayonunda kriminal avtoritetin evinə bir neçə metr məsafədə baş verib. Belə ki, maskalı 2 killer kriminal mühitdə Giya Kutaiski ləqəbi ilə tanınan Qayoz Zviadadzeyə və oğluna tapança ilə 6 dəfə atəş açaraq hadisə yerindən qaça biliblər. Atəş nəticəsində Giya Kutaiski başından vurulduğu üçün yerindəcə keçinib, oğluna isə ayağından atəş açılıb və o, sağ qalıb.
Məlumat üçün bildirək ki, qətlə yetirilən Giya Kutaiski azərbaycanlı nüfuzlu kriminal avtoritet Lotu Quli ləqəbli Nadir Səlifovun yaxın adamı idi. Yanvarın sonunda Qulinin istanbul iqamətgahında təşkil edilən oğru yığıncağını (sxodka) da məhz Giya Kutaiski idarə edib.
İlkin versiyaya görə, Zviadadzenin qətli onun digər qanuni oğru Nodar Rustavski kimi tanınan Nodar Asoyanla olan münaqişəsinin nəticəsidir. Onlar Rostov vilayətinə nəzarət uğrunda savaşırdılar.
Giya Zviadadze kriminal aləmin "köhnə məktəb"inin şagirdi hesab edilirdi. Oğru ənənələrinin ciddi tərəfdarı və öz nəsilinin ən parlaq nümayəndələrindən biri idi.


Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR