Zərdabın icra başçısı sahibkarlardan «olimpiadaya pul lazımdır» bəhanəsiylə pul yığdırdığı iddia olunur
Zərdabın icra başçısı Lütfəli Babayevlə bağlı daha bir iddia gündəmə gəlib.
Vətəninfo.az-ın JAM.AZ-a istinadən məlumatına görə, sözügedən şəxs bu dəfə olimpiada məsələsini bəhanə edərək, rayondakı iş adamlarından pul yığdırmağa başlayıb.
Məlumatda qeyd edilir ki, Zərdab rayonundakı «Dörd Yol» deyilən ərazidə yerləşən istirahət mərkəzlərindən birində yerli sahibkarlarla görüşən icra başçısı onlardan işlərinin miqyasına görə, 500 manatdan 5000 manata qədər pul tələb edir. JAM.AZ-a yazan sakinlərdən birinin dediyinə görə, Lütfəli Babayevin bəhanəsi «olimpiadaya təcili pul lazımdır»dan ibarətdir.
O da vurğulanır ki, Babayevin belə bir addım atmasının olimpiada ilə heç bir əlaqəsi yoxdur. İddialara görə, Zərdabın icra başçısı yaxın vaxtlarda vəzifəsindən gedəcəyini bildiyi üçün sərvət toplamaq fikrinə düşüb.
Maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR