"Rəsmi Bakı və Yerevan xarici işlər nazirlərinin görüşünün keçirilməsinə dair razılıq əldə edərsə, Rusiya bu cür əlaqələri yalnız alqışlaya bilər".
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşününün dekabr ayının əvvəlində Milanda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasıçərçivəsində keçirilməsi ilə bağlı təklifini şərh edərkən brifinqdə bildirib.
"Tərəflərin razılığa gələcəkləri təqdirdə, belə görüşün keçirilməsini alqışlayardıq. Amma görüşün keçirilib-keçirilməməsinə dair qərar vermək hər bir dövlətin suveren hüququdur. Görüş keçiriləcəksə və bu, konstruktiv olacaqsa, bunu yalnız alqışlamaq olar", - M.Zaxarova deyib.
Ermənistanın Beynəlxalq Qızıl Xaç Komitəsinin təklifi çərçivəsində Azərbaycan tərəfi ilə əsirlərin dəyişdirilməsindən imtina etməsinə toxunan XİN rəsmisi bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində olan bütün anlaşmaları dəstəkləyir: "Təşəbbüs çox gözəldir, amma onun razılaşmaya çevrilməsi üçün üzərində işləmək lazımdır", - XİN sözçüsü vurğulayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR