Masallıda müəmmalı qətl

Masallıda müəmmalı qətl
Masallıda bıçaqlanma olub.

APA-nın məlumatına görə, hadisə rayonun Mollaoba kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1970-ci il təvəllüdlü Urfan Həsənov həmkəndlisi tərəfindən bıçaqlanaraq öldürülüb. Qətlin hansı şəraitdə baş verdiyi məlum deyil.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Hadisəni törədən artıq polis tərəfindən saxlanılıb.

İnsidentlə bağlı araşdırma davam etdirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az