Bakıda əri tərəfindən döyülən qadın uşağını qoyub evdən qaçıb.
Vətəninfo.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Təmiz Dünya” Qadınlara Yardım Təşkilatının rəhbəri Mehriban Zeynalova məlumat verib.
O bildirib ki, bir müddət öncə təşkilatın sığınacağında bir qadın uşaqla həkim məntəqəsinə gedən zaman itkin düşmüşdü. Onlar bu barədə dərhal yaxınlıqdakı polis şöbəsinə məlumat veriblər: "O ərəfələrdə həmin qadının yoldaşı bizə zəng vurub, qadının yerinin bildirilməsini xahiş etmişdi... Qadın itkin düşəndən sonra kişi bizə zəng vurub, polisin ondan izahat istədiyini və bizim vaxtında məlumatı gizlətdiyimizə görə cavab verəcəyimizlə hədələmişdi. O zaman kişiyə, qadının həyatının təhlükədə olduğunu əsas gətirdik. O isə "Mən heç vaxt onu döyməmişəm, sadəcə özü günahkar idi. Qısqanclıq yaradırdı, səhv edirdi, ona görə döyülürdü” deyirdi”.
M.Zeynalova qeyd edib ki, hazırda polisdən zəng vurublar, polis qadını tapıb. Məlum olub ki, sığınacaqdan qaçan qadın həyat yoldaşının yanına qayıdıb: "O isə qadını gizlədirmiş... Hazırda qadının döyülməkdən ayağı tutulub, yeriyə bilmir. İşgəncədən bezən qadın bu dəfə uşağını qoyub evdən qaçıb...”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL