"Məni təhqir edir..."
Xalq artisti Brilliant Dadaşova həmkarı Nisə Qasımovanın onun ünvanına dediyi sözlərə cavab verib.
Vətəninfo.az-ın Axşam.az-a istinadla
məlumatına görə, N.Qasımova "Yalvarıram” mahnısı ilə bağlı fikirlərini
bölüşərkən, onun ilk ifaçısının özü olduğunu demişdi.
O,
B.Dadaşovanın ünvanına "Bu mahnının ilk ifaçısı mənəm. Bəzi müğənnilər
nəzərə alsınlar. Mənim mahnılarımı başqalarının və ya öz adlarına
çıxırlar. Susduqca irəli gedir” deyə, bildirmişdi.
B.Dadaşova həmkarının ittihamlarına "Onlar”da cavab verib. O, N.Qasımovanı onu təhqir etməkdə günahlandırıb:
"O
mahnını Gülər bizim bağda bəstələmişdi. İlk ifaçısı olmasam da,
yazılmasına dəstək vermişəm. Sabir Rüstəmxanlının yubileyi ərəfəsində
Gülərə dedim ki, "Bəstəni Nisə Qasımova oxusun”. İllər keçdi, Gülər
təklif etdi ki, istəyirəm sən səsləndirəsən. Mən də Samir Bağırovla
birlikdə oxudum. Heç kimlə aramda inciklik yoxdur. Kim belə küsülülük
yaradırsa, öz işidir. Dəfələrlə demişəm, mən tərəfdən o xanımın ünvanına
təhqir olmayıb. Kimsə məni təhqir edirsə, zaman gələcək özü başa
düşəcək ki, səhv edir”.