Vətəninfo.az xəbər verir ki, Bakıda 3 saylı İstintaq Təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs İlkin Xalıq oğlu Hüseynzadəyə qohumu, Bakı şəhəri, T.Abbasov küçəsi, ev 9, mənzil 50 ünvanında yaşayan vətəndaş Firudin Famil oğlu Salmanovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı iki ədəd "Pfanner" meyvə şirəsinin içərisində xüsusi üsulla yerləşdirilmiş bir ədəd "Nokia", bir ədəd "C10" markalı mobil telefon aparatları və dörd ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə əsasən həbs edilib. Fakt üzrə araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR