Mayın 3-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ torpaqlarında keçiriləcək qondarma seçkilərlə bağlı “yerli sakinlər” etirazlarını bildiriblər.
Modern.az saytı Ermənistan mətbuatına isitnadən xəbər verir ki, ötən il yaranan və “seçki proqramı”nda separatçı Bako Saakyan rejimini tənqid edən “Milli Dirçəliş Partiyası” təzyiqlərdən şikayətlənib. “Partiya”nın üzvləri bu təzyiqlərə nümunə olaraq Xankəndidə icarəyə götürdükləri və “partiya”nın qərargahı kimi istifadə etdikləri məkanın sahibinə təzyiqlərin göstərilməsindən danışıblar.
“Yaşayış sahəsinin sahibi bu gün bizə təhlükəsizlik qüvvələrinin ona təzyiq göstərdiyini deyib. Onu xəbərdar ediblər ki, əgər yaşayış sahəsini “Milli dirçəliş”ə icarə verməyə davam edərsə, onu və yaxınlarını problemlər gözləyir”, - təşkilat liderlərindən Tiqran Qriqoryan deyib. “Partiya”nın daha bir üzvü Suren Qazaryan isə “deputat”lığa namizədliyin geri götürməsə, öldürüləcəyi ilə hədələnib.
Separatçı rejimi diktatura adlandıran “Milli Dirçəliş Partiyası” baş verənlərdə “Qarabağ rejimi”nin lideri Bako Saakayan və “təhlükəsizlik xidməti”nin rəhbəri Arşavir Qayramyanı ittiham ediblər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR