Natiq Cəfərli: “Azərbaycan iqtisadiyyatı artmır, bu, daxildəki məsələlərlə bağlıdır”

Natiq Cəfərli: “Azərbaycan iqtisadiyyatı artmır, bu, daxildəki məsələlərlə bağlıdır”
"Azərbaycan iqtisadiyyatı böyümür, genişlənmir, artmır. Bütün bunlar təbii ki, daxildən qaynaqlanan məsələlərlə bağlıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın iqtisadi problemləri yalnız dünyada baş verənlərlə bağlı deyil: "Bizim özümüzdən qaynaqlanan problemlər də var. Ümumdaxili məhsulun artım tempi yoxdur, 0-a enib. Hətta birinci rübdə ÜDM artımını görmədik, azalma müşahidə etdik. 0,3 faiz ümumdaxili məhsul azaldı. Azərbaycanda iqtisadi aktivlik zəifləyib. Əsas problem budur. Dünyada baş verən hadisələrin təbii ki, dalğavari təsirləri olur, amma istənilən halda əsas problem iqtisadi artımın zəif olması və iqtisadiyyatda baş verən problemlərdir. İstehsal artırılmalıdır. Kənd təsərrüfatına daha çox diqqət yetirilməlidir. Ümumdaxili məhsulu artıra biləcək iqtisadi azadlıqların genişləndirilməsi olmalıdır, iqtisadi aktivliyin artırılması üçün vergi gömrük güzəştləri tətbiq olmalıdır. Bütün bunların Azərbaycan iqtisadiyyatına daha çox təsirləri var”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az