Nazir dərmanların qiymətindən danışdı

Nazir dərmanların qiymətindən danışdı
İndiyədək ölkədə 2.183 dərman vasitəsinin qiyməti aşağı salınıb.
Vətəninfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 12 oktyabr iclasında deyib.
Nazir qeyd edib ki, dərmanlarda qiymət artımının qarşısını almaq üçün İqtisadi İnkişaf və Sənaye Nazirliyi ilə birlikdə tədbirlər proqramı hazırlanıb və tətbiq olunur. Həmçinin, aptek şəbəkəsinə və satılan dərmanların keyfiyyətinə nəzarət gücləndirilib.
Nazir qeyd edib ki, bu günə kimi Tarif Şurası 2.183 dərman vasitəsinin qiymətini təsdiqləyib. Təsdiqlənən dərman qiymətləri aşağı salınıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az