Neftçalada VƏHŞƏT: Ana övladları ilə birləşib ərini öldürdü, yandırdı, sonra...

Neftçalada VƏHŞƏT: Ana övladları ilə birləşib ərini öldürdü, yandırdı, sonra...
Neftçala rayonunda qətli törətməkdə şübhəli bilinən ailə üzvləri saxlanılıb.

2013-cü ilin iyul ayında itkin düşən 1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlunun qətlə yetirildiyi məlum olub.
Neftçala rayonu Yuxarı Qaraymanlı kənd sakini Dəmir Heybətovun şikayəti əsasında aparılan istintaq zamanı məlum olub ki, adıçəkilən şəxs həyat yoldaşı və övladları tərəfindən qətlə yetirilib. Həmin ayda qətlə yetirilən A.Heybətovun meyiti yandırılıb və daha sonra qalıqları Kür çayına atılıb.
Mərhumun qətli törətməkdə şübhəli bilinən həyat yoldaşı və 2 övladı polis tərəfindən saxlanılıb.
Faktla bağlı Neftçala rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. //Apa
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az