"Oktayı sevirəm"
Meyxanaçı Samirə Yusifqızı həmkarı Oktayla bağlı maraqlı açıqlama verib.
Vətəninfo.az-ın Axşam.az-a istinadla məlumatına görə, sənətçi "Star life”a bunları deyib:
"Oktay
geniş layihə hazırlayır. Ssenarini görsəniz təəccüblənəcəksiniz.
Türkiyədən ssenarini oxuyub, bəyəniblər. Ona film çəkəcəklər. Mən də
orada olacam. Hər zaman dəyişiklik və yenilik lazımdır".
Şəxsi münasibətlərindən danışan ifaçı sevgi etirafı edib:
"Oktayı
sevirəm. O da mənim üçün ölür. Yaxın günlərdə xeyir iş gözlənilir.
Bizim toy edən vaxtımız deyil. Balaca yığıncaq edəcəyik. Yaşın nə fərqi
var ki”.
Yaradıcılığından bəhs edən Samirə Oktayla birlikdə Türkiyədə konsert verəcəyini bildirib:
"Oktayla
mənə Türkiyədən təklif gəlib. Birlikdə oxuyacağımız duet üzərində
çalışırıq. Həm türk, həm Azərbaycan dilində olacaq. Konsertdə Fərhad
Göçər, Kibariyə və başqaları da çıxış edəcək. Konsertdən sonra Türkiyədə
verilişlərə qatılacağıq”.